Anasız qızlar
İnsanlığına hörmət etdiyim, dəyərli dost
Mehriban Məmmədovanın istəyi ilə.
Gözü yolda olar, qulağı səsdə,
Bir yeri ağrısa yada ki, xəstə.
Ağlayar, sıxılar, kövrələr tez də,
Şüşətək kövrəkdi anasız qızlar.
Gedər ər evinə ürəyi sınıq,
Köksündə bir od var hər zaman yanıq.
Gah şəffaf görünər, gah da bulanıq,
Şüşətək kövrəkdi anasız qızlar,
Övladı olanda bir az toxtayar,
Sıxar sinəsinə öpər, qoxlayar.
Elə bil güvənər, artıq qorxmayar,
Şüşətək kövrəkdi anasız qızlar.
İlləri, ayları verdikcə yola,
Ona arxa olar, güc olar bala.
Düşünər tikibdi bir möhkəm qala,
Şüşətək kövrəkdi anasız qızlar.
Bayram günlərində qəribtək susar,
Evdə yoldaşından, övladdan küsər.
Anasın arzular, yadına düşər,
Şüşətək kövrəkdi anasız qızlar.
Qardaşı arxadı ona güvənər,
Evinə gələndə görüb sevinər.
Hər yerdə fəxr edər, baxar öyünər,
Şüşətək kövrəkdi anasız qızlar.
Bir bacı axtarar dərdin deməyə,
Çətinə düşəndə gəlsin köməyə.
Ondan yaxın kim var axı ürəyə,
Şüşətək kövrəkdi anasız qızlar.
Lilparda axtarır hər gün anasın,
İstəmir bu yaşda kimsə qınasın.
Bütün anasızlar anasın ansın,
Şüşətək kövrəkdi anasız qızlar.
Beləsi gərəyim deyil
Salıb məni yar gözündən,
Söz eyləyir hər sözümdən.
Zəhrimar yağır üzündən,
Beləsi gərəyim deyil.
Necə gülüm mən danışım,
Oduna yanım alışım.
Halın əhvalın soruşum,
Beləsi gərəyim deyil.
Əl uzatsam geri durur,
Tənəsi incidir, yorur.
Yolumu bağlayır qürur,
Beləsi gərəyim deyil.
Deyir gəl barış mənimlə,
Yoğur kündəni zülmlə.
Qor töküm oda əlimlə,
Beləsi gərəyim deyil.
Eşqi ucuz tutmaq olmaz,
Boş söz ilə qarın doymaz.
Məni eyləyibdi qanmaz.
Beləsi gərəyim deyil.
Nə qədər tövbə eyləsə,
Yalandan xoş söz söyləsə.
Dilim yox sözün deməsə,
Beləsi gərəyim deyil.
Deyir mənə ay insafsız,
Ürəyin olubdu qansız.
Ruh yoxdusa bədən cansız,
Beləsi gərəyim deyil.
Vallah mən fəqir bir qızam,
İllərdi tənha yalqızam.
Bir azda quru arsızam,
Beləsi gərəyim deyil.
Saymayın sözümü heçə,
Mən barışım axı necə.
Sevgidi umduğum təkcə,
Beləsi gərəyim deyil.
Lilpar yaman tərsə düşüb,
İllərdi bərkiyib, bişib.
Yarından inciyib, küsüb,
Beləsi gərəyim deyil.
Deyir mənə
Gəl ey istəkli yarım
(QƏZƏL)
Gel ey istəkli yarım, tənha qalıb aşiqi-zar,
Dil susub, göz ağlayır, həmdəm üçün yar istəyir.
Həsrətdən xəstə düşüb, solub, saralıbdı yaman,
Dərdinə dərman kimi dağ başından qar istəyir.
Əksik eyləmə ondan sevgi, məhəbbət tamını,
Gizləmə köksün altda ürəyində var istəyir.
İtiribdi ağız tamın, tükənibdi barı-bəhər,
Könlünü xoş etməyə, bağçanızdan nar istəyir.
Ahu-zar eyləyir o, bir vəfasız yar yolunda,
Eşqini ərz eyləyən sinə üstə tar istəyir.
Çox çəkib bu yerlərdən, zülm ilə zindan görübdü,
Dərdini unutmağa başqa bir diyar istəyir.
Sussa gözlər danışır, hər şeyi bəyan eyləyir,
Bir Allah bəndəsindən namus ilə ar istəyir.
Nə ola hicr oduna yanmaya ürəklər daha,
Sevən aşiqlər üçün günü bəxtiyar istəyir.
Ey məcnun, az dolan, gəz sən bu quru səhraları,
Leylanın eşqi üçün ürək ahu-zar istəyir.
Lilparı xəstə edib, salmısan nə bəlalara,
Boş sözlər çox eşidib, eşqə etibar istəyir.
Sədaqət sorağında
Sən gedeni darixmişam, sevgilim,
Ayriligin yaman sixir qəlbimi.
Budağinda solub qoncə, tər gulum,
Dost-tanişa deyəmmirəm dərdimi.
Gozlərim dikilib baxir yollara,
Sevgi nəğməsini oxumur dilim.
Həsrət məni salir gor nə hallara,
Yanaram eşqindən sovrular kulum.
Acidir hicranin, üzür canimi,
Urəyı soz demək olmayir axi.
Tənhaliq kok salib, alib yanimi,
Sevən bir aşiqin nədir gunahi.
Nə vaxt qovuşacaq yolumuz bizim,
Arada ele bil uca dag durub.
Ele əlcatmazsan, inan, ezizim,
Sevdan bir ox olub,qəlbime girib.
Tutular səma da, bulud aglayar,
Quşlar uca bilməz, sinar qanadi.
Caylar məcrasindan çixar, çaglayar,
Sevənin gozunde qalsa muradi.
Bulbul də oxumaz, gulu solarsa,
Kusub tənha gəzər, baği, bağçani.
Əslinin eşqindən Kərəm yanarsa,
Yanar qurbət elde, alişar cani.
Soylə haradadir o otən anlar?
Boş kecən bu aya,gunə nə deyim?
Vəfasiz soz verib, sozunu danar,
Yalan vədlərindən yanar urəyim.
Yox olub taqətim, getmir ayagim,
Səndən ayrilani gunəşim batib.
Dagilib qəlb evim, sinib dayagim,
Bəxtim yuxudadir, oyanmir, yatib.
Suya həsrət qalan səhrayam indi,
Yandirir qumumu gunun şolesi.
Istədim zirvəni gordum ki, çəndi,
Dərəyə dərd olub dagin kolgəsi.
Hani çəmənliyin acan nərgizi?
Yoxsa şeh duşubdu, tab getirməyir.
Yamaclar saralib, solub bənizi,
Uşuyur soyuqdan, gul bitirməyir.
Göllər də həsrətdi, sonasin gəzir,
Susub sakit-sakit baxir uzaga.
Bir urək tək qalib, darixir-bezir,
Duşubdu çovguna, duşub sazaga.
Məhəbbət yolunda tufan, qar olar,
Çətinə tab edib, dozəsən gərək.
Ciğira duşərsən, yolun dar olar,
Sənə dogma insan gələrsə kələk.
Xoş gunum qalmayib, qara eyledin,
Sənə can soylədim, canimi aldin.
Omrum puc olubdu, gor bir neyledin?
Hardadir verdiyin o vəfan, andin?
Yox olub etibar, itirdin ari,
Sənə soz deməyə dilim gəlməyir.
Neynirəm dövləti, neynirəm vari,
Itirilən o ayim, ilim gəlməyir.
Vusalin şərbətin zəhər eylədin,
Icirdin agzimin dadi da itdi.
Kusdu səadətim, nədən bilmədim,
Bir yolluq omrumu tərk edib getdi.
Lilparam, axtarib gəzirem səni,
Tab etmir hicrana urəyim daha.
Ya gelib yeniden sevəydin məni,
Ya da ki, ruh olum,cevrilim yoxa
Yarımçıq ömür
Bu yaxınlarda dünyasını dəyişmiş yaxın qonşum Leyla xanıma həsr olunur
Taleyin amansız yelləri əsib,
Susdurdu bir gözəl ana ömrünü.
Baxmadı ömrünün gənc yaşlarına,
Qazdı məzarını, tikdi qəbrini.
Ayırdı sevdiyi balalarından,
Toy-düyün görmədi ilk nübarından.
Ağladı doğmalar intizarından,
Saldı ürəklərə dözüm səbrini.
Adı Leyla idi, gözləri gülər,
Yaşadı qürbətdə çox uzun illər.
Onun yoxluğuna alışmır dillər,
Tez yazdı Allahım ölüm əmrini.
Çox idi ürəkdə arzu, istəyi,
Yarımçıq saxladı tale hər şeyi.
Hələ ağarmamış teli, birçəyi,
Susdurdu əbədi vuran qəlbini.
Deyərdi ilkimdi, Sərxanım mənim,
Ondan ayrı keçməz bir anım mənim.
Humay da xırdadı, öz canım mənim,
Onlarsız sanmadı bir an ömrünü.
Saxladı hər kəsdən ağrı-acısın,
Bilmirdi taleyin əmrin, yazısın.
Vurmadı axıra istək, arzusun,
Gizlədi içində yanan dərdini.
Gözəl bir insanın taleyi bitdi,
Ömürlük həyatdan yox oldu, itdi.
Yaşlı bir anaya dərd qoydu, getdi,
Niskillə anılır hər an, hər günü.
Tanrı ürəyində qoydu həvəsin,
Sevmədi doyunca körpə nəvəsin.
Nənə istəyəndə Cəmil neyləsin?
Fələk sındıraydı kaş qələmini.
Ömür-gün yoldaşı sınıb, əyilib,
O gündən kədərdən paltar geyinib.
Qadındır kişiyə arxa deyilib,
Ömürlük itirib öz sənəmini.
Lilpar da kədərlə anır Leylanı,
Deyir, çox çətindir unutmaq onu.
Oldu xəstəliyin qəfil qurbanı,
Gül kimi tərk etdi öz çəmənini.