"Cənab prezidentin sərəncamına əsasən ayrılan vəsait hesabına Cocuq Mərcanlı qəsəbəsində ilkin mərhələdə 50 ev, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir qeyd edib ki, həmin vətəndaşların məşğulluğunun və sosial sığortasının təmin olunması üçün tədbirlər görəcək: "Onların sosial sığorta ilə əhatə olunması ən yaxın rayonda yerləşən müvafiq qurum vasitəsilə həyata keçiriləcək. Bu gün onların hər hansı sosial təminat elementləri ilə təmin olunmasında problem yoxdur. Əsas məsələ məşğulluq və sosial sığorta məsələləridir. Təbii ki, biz bu addımları atacağıq".