Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ağakərim Balayev tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 29-da Hövsan qəsəbəsində "ZİL" markalı 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağakərim Balayev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərdən birindən məişət əşyaları oğurlaması da müəyyən edilib.