Samsunga 5 milyard dollar ziyan dəyib Galaxy Note 7

23 Yanvar 2017 08:56 (UTC+04:00)

Samsung şirkəti Galaxy Note 7 smartfonlarının özündən alışıb-yanma və partlama hallarının rəsmi səbəblərini açıqlayıb. SİA-nın "interfax.ru"ya istinadən verdiyi xəbərinə görə, sözügedən məsələ ilə bağlı aparılan araşdırmalar zamanı bəlli olub ki, smatrfonun yığılması zamanı akkumlyatorlarında problmlər yaşanıb və digər daxili mikro cihazlarında hesablamalar düzgün aparılmayıb. Bununla bağlı keçirilən mətbuat konfransı şirkətin saytına yerləşdirilsə də hazırda həmin sayt açılmır.

Samsungun mühəndisləri müstəqil ekspertlərlə birgə 200 min smartfon cihazını və 30 min akkumlyatoru yoxlamadan keçiriblər, eyni zamanda aparat və Galaxy Note 7-nin proqramlarını təşkil edən digər vasitələri müayinə ediblər, o cümlədən, onların dükanlara çatdırılması prosesini də araşdırıblar.

Şirkət adıçəkilən smatrfonları alan alıcılardan, biznes-partnyorlardan və mobil operatorlardan üzr istəyib və söz verib ki, bundan sonra çoxmərhələli təhlükəsizlik protokolunu qəbul etməklə yenidən müvafiq problemlərin yaşanmasının qarşısını birdəfəlik alacaq.

Xatırladaq ki, 2016-cı ilin sentyabrında - Galaxy Note 7 smatfonlarının satışa çıxarılmasından iki ay sonra, həmin cihazların 2,5 milyonu geri qaytarılıb. Buna səbəb özündən alışıb-yanma və partlama halları olub. O cümlədən, Galaxy Note 7 smartfonları istehsaldan çıxarılıb. Baş verənlərə görə, Samsusung şirkətinə 5 milyard dollar ziyan dəyib.

Rövşən Nurəddinoğlu