“Sən məni anlamırsan”

21 Yanvar 2017 11:02 (UTC+04:00)

Yanvarın 27-də "YARAT" Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında "Sən məni anlamırsan" sərgisinin bağlanış mərasimi təşkil olunacaq. SİA-nın məlumatına görə, hər kəsin qatıla biləcəyi mərasimdə tanınmış dj Şərqiyyə Rəhmanova çıxış edəcək.

Xatırladaq ki, ötən il dekabrın 21-də "ADO" teatr qrupunun iştirakı ilə gerçəkləşən sərgidə üç rəssam – Vüsal Rəhim, Vüqar Quliyev və Aysel Əmirovanın əl işləri təqdim olunur. Layihə ziyarətçilərin "başqasının cildinə" daxil olmaqla, əsərlərin mənasını rəssamların baxış bucağından görməyə və anlamağa yönəlmiş eksperimental layihədir.