İdmançımız "Heroic Battle XVI" turnirində döyüşəcək

20 Yanvar 2017 15:21 (UTC+04:00)

Almaniyanın Düsseldörf şəhərində kikboksinq idman növü üzrə "Heroic Battle XVI" (Qəhrəmanlıq döyüşü XVI) beynəlxalq turniri keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, KA-1 qaydaları üzrə təşkil olunacaq yarışda Azərbaycan təmsilçisi də mübarizə aparacaq. Reytinq xaraxterli turnirdə ölkəmizi Azərbaycan Kikboksinq Federasiyasının "Royal Fight" klubunun idmançısı Şikar Bədəlov təmsil edəcək. O, 75 kq çəki dərəcəsində döyüşəcək.

Qeyd edək ki, yarış sabah başlayacaq və iki gün davam edəcək.