“Real” öz meydanında “Selta”ya uduzub

19 Yanvar 2017 07:06 (UTC+04:00)

Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinin ilk oyunları davam edir. Dünən daha iki görüş keçirilib. "Alaves səfərdə "Alkorkon"a qalib gəlib – 2:0. Madridin "Real" klubu isə gözlənilmədən öz meydanında "Selta"ya uduzub – 1:2. Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra keçiriləcək.




İspaniya kuboku

1/4 finalın ilk oyunları

"Alkorkon" – "Alaves" – 0:2
Qollar
: İbay, 90, 90+4

"Real" – "Selta" – 1:2
Qollar:
Aspas, 64 (0:1), Marselo, 69 (1:1), Conni, 70 (1:2)