Mədəniyyət komitəsi ötən sessiyada səmərəli fəaliyyət göstərib

18 Yanvar 2017 15:19 (UTC+04:00)

Milli Məclisin Mədəniyyət Komitəsinin cari il üçün ilk iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda komitədə 2016-cı ilin payız sessiyası dövründə görülən işlər haqqında hesabat səslənib. Bildirilib ki. Payız sessiyası dövründə komtiədə 14 qanun layihəsi müzakirə edilib. Həmçinin söylənib ki, ötən ilin payız sessiyası dövründə komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə və müəssisə və təşkilatlardan daxil olan 147 təklif ərizə və şikayətlərı baxılıb. Bu müraciətlərdən 96-ı tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 51 müraciət isə işə alınıb. Vurğulanıb ki, payız sessiyası dövründə komitənin sədri tərəfindən 11 vətəndaş qəbulu keçirilib.

Daha sonra iclasda komitənin 2017-ci ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı haqqında məlumat verən komitə sədri Rəfael Hüseynov söyləyib ki, qarşıdakı müddətdə komitədə " Dvlət büdcəsinə daxil olan qanun qanun layihələri, " " Kinomotoqrafiya haqqında", " Azərbaycanın müğam sənətinin qorunması və inkişaf etidirilməsi", "Yazılı abidələr" haqqında qanun layihələri müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə. Vətəndaşların qəbulu və digər tədbirlər hər zaman olduğu kimi komitənin yas sessiyasındakı işlər planına daxil edilib.

İclasda çıxış edən deputatlar ötən il komitənin fəaliyyətinin səmərəli olduğunu vurğulayıblar.