Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, dolların məzənnəsi yanvarın 16-sı ilə müqayisədə 1 faiz bahalaşaraq 1,8045 manat təşkil edib.
Avro 1,3 faiz möhkəmlənərək 1,9201 manat olub. Rusiya rublu 0,66 faiz möhkəmlənərək 0,0302 manat, türk lirəsi 0,04 faiz möhkəmlənərək 0,4756 manat təşkil edib.