“Alanyaspor”un baş məşqçisi istefa verib

16 Yanvar 2017 17:14 (UTC+04:00)

Türkiyə Superliqasında mübarizə aparan "Alanyaspor" klubunun baş məşqçisi Hüseyin Kalpar vəzifəsindən getdiyini açıqlayıb. SİA-nın məlumatına görə, o, bu qərarı Superliqanın 17-ci turunda evdə "Rizespor"a uduzduqları oyundan (2:3) sonra verib.

Qeyd edək ki, "Alanyaspor" ilk dəfə bu mövsüm Hüseyin Kalparın rəhbərliyi altında superliqaya yüksəlib. Onun komandası hazırda 18 xalla 14-cü pillədə qərarlaşıb.