Lənkəran Dövlət Dram Teatrı beynəlxalq festivala dəvət alıb

16 Yanvar 2017 16:42 (UTC+04:00)

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov beynəlxalq teatr festivalına dəvət alıb. T.Heydərov yanvarın 20-dən 31-ə kimi İranın Tehran şəhərində keçiriləcək 35-ci Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edəcək. SİA-nın məlumatına görə, bu nüfuzlu sənət yarışmasında dünyanın ayrı-ayrı ölkələrindən 19 teatr truppası, eləcə də 100-ə yaxın yerli teatr kollektivləri məharətlərini nümayiş etdirəcək.

Onu da xatırladaq ki, Lənkəran Dövlət Dram Teatrının truppası ötən il 34-cü Beynəlxalq Fəcr Teatr Testivalında Azərbaycanı təmsil edib. Yaradıcı kollektivin təqdim etdiyi Bəhram Beyzayinin "İlan Sultan" tamaşası festivalın mükafatına layiq görülüb.