Beynəlxalq türk dünyası sənət seminarına start verilib

16 Yanvar 2017 16:39 (UTC+04:00)

Türkiyənin Adana şəhərində birinci beynəlxalq türk dünyası sənət seminarı keçirilir. SİA-nın məlumatına görə, Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan beynəlxalq seminara 17 ölkədən 77-dək sənətçi qatılıb.

Ölkəmizin də təmsil olunduğu seminarın təşkilində əsas məqsəd xalqlar arasında mədəni sahədə əlaqələrin inkişafını dəstəkləmək, bu sahədə qarşılıqlı əməkdaşlığa töhfə verməkdən ibarətdir.

Seminar çərçivəsində iştirakçılar Türkiyənin bir sıra tarixi yerlərini ziyarət edəcəklər.