Türkiyədə referendumun keçiriləcəyi tarix açıqlanıb

16 Yanvar 2017 13:29 (UTC+04:00)

Türkiyədə konstitusiyaya dəyişikliklərə dair referendumun keçiriləcəyi tarix açıqlanıb.

SİA-nın Türkiyə mətbuatına istinadən məluamtına görə, hakim Ədalət və İnkişaf Partiyası ümumxalq səsverməsinin ən tez 26 mart, ən gec 18 aprel tarixində keçirilməsini planlaşdırır.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliklər barədə müzakirələrin birinci mərhələsi bu gün başa çatıb. Təklifin yanvarın 9-da başlayan müzakirələri fasiləsiz şəkildə yeddi gün davam edib. Müzakirələrin ikinci mərhələsi isə bu ayın 18-də başlayacaq.