Gizli keçirmək istədiyi telefonlar aşkar edilib

16 Yanvar 2017 12:40 (UTC+04:00)

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. SİA-nın DGK-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı avtomobilin ön və arxa qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 11 ədəd "Samsung Galaxy J1 mini" markalı telefonlar və 8 ədəd adapter aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.