Simone Zaza “Yuventus”u “Valensiya”ya dəyişdi

14 Yanvar 2017 04:17 (UTC+04:00)

Simone Zaza "Yuventus"u tərk edib. İtaliya mətbuatının yaydığı xəbərə görə, italiyalı forvard karyerasını "Valensiya"da davam etdirəcək. Bu haqda futbolçunun meneceri olan atası Antonio Zaza açıqlama verib: "Simone artıq "Valensiya"nın futbolçusudur. Sabah bu haqda ictimaiyyətə rəsmi məlumat veriləcək".