Ərdoğan: "Erkən seçkilər gündəmə gələ bilər"

13 Yanvar 2017 15:47 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) erkən seçkilərin keçirilməsi ilə bağlı aparılan müzakirələr zamanı baş verənlərə aydınlıq gətirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, əgər Parlamentin fəaliyyəti mümkünsüz hala gələrsə, o zaman bu məsələ gündəmə gələ bilər: "Məsələ ilə bağlı müzakirələrin ilk turunda 338-348 səs toplanıb. Bu həftə içində qalan maddələr də bu şəkildə müzakirə edildikdən sonra ikinci tur keçiriləcək. Əgər ikinci turda da TBMM məsələ ilə bağlı mövqeyini dəyişməsə, o zaman söz millətimizə veriləcək. Burada son qərarı millətimiz verəcək. Millətimiz nə deyəcəksə, biz ona hörmət edib razılaşacağıq".