Ötən gün Bakıda yol keçərkən "KaMAZ" markalı yük maşın ilə vurulan uşaq hazırda Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə SİA-ya açıqlama verən klinikanın baş həkimi Fikrət Zeynalov bildirib ki, ötən gün günorta saatlarında Xətai rayonunda yük maşınının ana ilə uşağı vurması nəticəsində 15 yaşlı Fatimə Şükürlü xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, hazırda xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir.
Baş həkim qeyd edib ki, qəzadan sonra Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına ana deyil, yalnız uşaq yerləşdirilib: "Bizdə ana ilə bağlı heç bir məlumat yoxdur".
Xatırladaq ki, hadisə ilə bağlı yayılan məlumatlarda ananın xəsarət alması ilə bağlı məlumatlar qeyd olunurdu.
Qeyd edək ki, Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.