Tolqahan Sayışman və Almeda Abazi evlənir

13 Yanvar 2017 10:27 (UTC+04:00)

Türkiyənin məşhur Aktyoru Tolqahan Sayışman, nişanlısı Almeda Abazi ilə nikahını rəsmiləşdirməyə qərar verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sevilən aktyor nişanlısına sürpriz edərək nikah tarixini gözəl aktirisanın doğum gününə təşkil edib. 25 yaşlı aktrisa 13 Fevralda doğum gününü gəlinlik geyərək qeyd edəcək. Almeda Abazi, sevgilisinin romantik sürprizini nikah idarəsinə gedincə öyrənib.

Qeyd edək ki, cütlük noyabr ayında nişanlanmışdı.