Luka Modriç "Sevilya"ya qarşı oynamayacaq

13 Yanvar 2017 01:15 (UTC+04:00)

Real"ın futbolçusu Luka Modriç İspaniya kubokunun 1/8 finalında "Sevilya" ilə cavab oyununu buraxacaq. İspaniyanın nüfuzlu idman nəşrlərinin yaydığı xəbərə görə, komandanın baş məşqçisi Zinəddin Zidan xorvatiyalı yarımmüdafiəçiyə istirahət vermək qərarına gəlib. Onun adı sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməyib. Qeyd edək ki, Kriştiano Ronaldo da eyni səbəbdən "Sevilya" ilə cavab matçında oynamayacaq.