Ərsan Gülüm yenidən “Beşiktaş”a qayıdıb

12 Yanvar 2017 22:14 (UTC+04:00)

Türkiyəli futbolçu Ərsan Gülüm karyerasını yenidən vətənində davam etdirəcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 30 yaşlı müdafiəçi "Beşiktaş"a dönüb. Ötən mövsümün dövrələrarası fasiləsində məhz "Beşiktaş"dan 7 milyon avro müqabilində Çin klubu "Haybey Fortune"yə transfer olunan Gülümün legioner həyatı cəmi 1 il çəkib. "Ağ-qaralar"ın gün ərzində bu keçidi rəsmən açıqlaması gözlənilir. Qeyd edək ki, Ərsan Gülüm "Haybey Fortune" klubunun heyətində 24 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.