"Avstriya ATƏT məkanında münaqişələrin həllinə çalışacaq"

12 Yanvar 2017 13:37 (UTC+04:00)

"Avstriyanın ATƏT-dəki sədrliyinin əsas prioriteti münaqişələrin gərginləşməsinin qarşısını almaq üçün birgə fəaliyyət olacaq". SİA-nın məlumatına görə, bu barədə ATƏT-in sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ölkəsinin qurumda sədrliyinin prioritetlərini açıqlayarkən deyib. O bildirib ki, hazırda dünyada qeyri-stabillik, terror hadisələri artmaqdadır: "Biz bütün cəmiyyət üçün böyük təhdid yaradan radikalizm və terrorizmlə mübarizəni davam etdirəcəyik".

ATƏT sədri münaqişələrin hərbi həll yolunun olmadığını, dialoqa daha çox ehtiyac yarandığını vurğulayıb.