Əfqanıstanda ötən sutka ərzində aparılan hərbi əməliyyatlar zamanı 45 silahlı öldürülüb. APA-nın məlumatına görə, bu barədə "TOLOnews" telekanalı Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Ümumilikdə, 16 əyalətdə 23 hərbi əməliyyat keçirilib. Hərbiçilər arasında itkilərlə barədə məlumat verilmir.