Smartfonlar üçün "WhatsApp" messencerini hazırlayanlar bu mobil tətbiqin bir çox köhnəlmiş qacetlərdə işləməyəcəyini bəyan ediblər. SİA-nın məlumatına görə, bu barədə "Daily Express" nəşri yazıb. Məlumata görə, "WhatsApp" iPhone 3GS-də, "Windows Phone 7" mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə "Android" əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.