Məşhur türk aktyor yeni ildən aparıcılıq edəcək

31 Dekabr 2016 07:01 (UTC+04:00)

Aktyor Emre Karayel yeni ildə yeni proqramla ekranlara geri dönəcək. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor yanvar ayından "FOX" Tv-də "Sıradaki gelsin" verilişinə aparıcılıq edəcək. İtaliyaya aid olan bu proqram Kanada, Braziliya, İspaniya, Macarıstan, Bolqarıstan, Vyetnam və Çili də də yayımlanır. Verilişin reytinqli olduğu bildirilir.