TİPİİ-nin hesabat tədbiri keçirilib FOTOLAR

24 Dekabr 2016 11:40 (UTC+04:00)

Bu gün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) illik hesabat tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə və digər rəsmi qonaqlar iştirak edib.

Tədbir TİPİİ-nin son bir ildə həyata keçirdiyi layihələri işıqlandıran tanıtım videosu ilə başlayıb.

Sonra institutun direktor vəzifəsini icra edən Vəfa Yaqublunun hesabat nitqi dinlənilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov çıxış edərək TİPİİ-də son bir ildə görülmüş işləri müsbət qiymətləndirib və diqqəti növbəti təqvim ili üçün qarşıda duran vəzifələrə yönəldib.

Daha sonra çıxış edən Bakı Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva "Peşəyə giriş" seminarının gənc müəllimlər üçün əhəmiyyətindən danışıb.

Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün hazırlanmış elektron metodik tövsiyə tədbir iştirakçılarına təqdim edilib.

İl ərzində müəllimlərin peşəkar dəstəyinə töhfə vermiş təcrübəli mütəxəssis FəridəƏliyeva TİPİİ adından Fəxri fərman və gül dəstəsi ilə mükafatlandırılıb.

Tədbir millət vəkilləri və təhsil ekspertlərinin çıxışları ilə davam edib.

Sonda "Peşəyə giriş" seminarının müdavimləri ilə xatirə şəkli çəkilib.