Füzuli Dövlət Dram Teatrı əsgərlərlə bir arada FOTO

20 Dekabr 2016 12:35 (UTC+04:00)

Füzuli Dövlət Dram Teatrının kollektivi yeni il qabağı əsgərlərin görüşünə gedib. SİA-nın məlumatına görə, teatr repertuarında olan Ə.Əsgərovun "Qız atası", S.Axundovun "Bəndalı bəndə düşüb", M.Ələsgərovun "Uzun Qoşun" tamaşalarından parçalar təqdim edib.

Tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib. Həmçinin teatrın aktyor və aktrisalarının ifasında gözəl mahnılar və rəqslər bayram ərəfəsində əsgərlərdə yüksək stimul yaradıb.

Məlumat üçün bildirək ki, teatr mütəmadi olaraq "N" saylı hərbi hissələrdə əsgərlərlə görüşür, tamaşa və konsert proqramı ilə əsgərlərin asudə vaxtlarını daha maraqlı və fərqli keçirmələri üçün əlindən gələni edir.