Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində çalışır XİN

20 Dekabr 2016 12:08 (UTC+04:00)

Azərbaycan Respublikasının Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. SİA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.Qeyd edək ki, dünən Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qətlə yetirilib. Ardınca isə naməlum şəxs ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında atəş açıb. ABŞ və İranın Ankaradakı diplomatik korpusları baş verən hadisələrdən sonra bu gün bağlanıblar.