Qısqanclıq zəminində qətl hadisəsi baş verib

20 Dekabr 2016 12:07 (UTC+04:00)

Dekabrın 19-da Tərtər rayon sakini Cəmilə Əhmədovanın şəhər ərazisində kirayədə yaşadığı evin həyətində keçmiş əri Vüqar Hüseynov qısqanclıq zəminində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən Q.Tanrıverdiyev orada ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Tərtər RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.