Azərbaycan və Maldiv adaları Pakistandan "Super Muşak" (Super Mushak) təlim təyyarələri almağa hazırdır. SİA "Dunyanews"a istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn deyib. O bildirib ki, Pakistan hökuməti 100 ədəd "Super Muşak" təyyarəsinin ixracı üzrə digər ölkələrlə də danışıqlar aparır. Nazirin sözlərinə görə, Pakistan Rusiyadan 4 müasir "Mi-35" helikopteri alacaq. 153 milyon dollar təşkil edən helikopterlər 2017-ci ildə tədarük olunmalıdır.