"Apple" və "Android" sistemli mobil telefonlarla rəqabətdə geri qalan "BlackBerry" məğlubiyyətlə barışıb. SİA-nın məlumatına görə, əvvəlki günlərinə heç cür qayıda bilməyən "BlackBerry" istehsal lizenziyasını Çin şirkətinə satıb. Lisenziyanı alan TLC şirkəti bundan sonra "BlackBerry" markalı mobil telefonları özü hazırlayıb, bazara çıxaracaq. "BlackBerry" şirkəti isə yalnız təhlükəsizlik proqramı istiqamətində fəaliyyətini davam etdirəcək. Müqavilənin detalları hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, "BlackBerry"nin "Android" sistemli iki telefonunun - DTEK 50 və DTEK 60-ın istehsal prosesi də TLC şirkəti tərəfindən aparılmışdı.
Nəzərinizə çatdıraq ki, TLC daha əvvəl Fransa şirkəti "Alcatel"in də telefon istehsalı lisenziyasını almışdı. Şirkət "Alcatel"i Şimali Amerikada dördüncü sıraya qədər gətirə bilmişdi.