"Şəmkir" Rauf Mehdiyevlə müqavilə bağlayıb

19 Dekabr 2016 09:46 (UTC+04:00)

Azərbaycan I Divizionunda mübarizə aparan "Şəmkir" klubu millimizin sabiq qapıçısı Rauf Mehdiyevlə müqavilə bağlayıb. SİA-nın məlumatına görə, o, "Şəmkir"də qapıçılarla işləyən məşqçisi vəzifəsində çalışacaq. 40 yaşlı veteran qolkiperlə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, R. Mehdiyev futbolçu kimi "Şəmkir"in heyətində 2 dəfə ölkə çempionu olub.