Bu ilin ən çox axtarılanlar "Google”-nin hesabatı

19 Dekabr 2016 08:44 (UTC+04:00)

Ən böyük axtarış saytı olan "Google" illik hesabatını açıqlayıb. "Google" dünyanın müxtəlif yerlərində yaşayan insanların ən çox axtardığı və maraqlandığı mövzuların siyahısını hazırlayıb.

Siyahının ilk pilləsində "Powerball" lotereyasının adına rast gəlmək olar. 2016-cı ilin yanvarında "Powerball" lotereyasında cekpotun məbləği 1,5 milyarda yüksəlmiş və 3 oyunçu həmin məbləği qazanma imkanı əldə etmişdi. Məhz bundan sonra həmin lotereyaya maraq daha da artmış, onunla bağlı "Google"-də ard-arda axtarışlar verilib.

Müğənni və aktyor Prins 21 aprel 2016-cı ildə dünyasını dəyişdikdən sonra "Google"-də ən çox axtarılan adlar arasında yer alıb.

Ən çox axtarılanlar arasında üçüncü yerdə Metyu qasırğasının adı var. 28 sentyabr - 10 oktyabr arasında davam edən qasırğa yüzlərlə insanın ölümünə səbəb olub.

"Google"-də ən çox axtarılanlar arasında ilk onluqda pokemon, slither.io oyunu, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən olimpiya oyunları, bu ilin yanvarında dünyasını dəyişən britaniyalı rok müğənni Devid Boui, Donald Tramp, ABŞ-da keçirilən prezident seçkiləri və Hillari Klintonun adı yer alıb.