Milli Məclisin deputatı Qüdrət Həsənquliyev ötən gün "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsininin uçması nəticəsində itkin düşən neftçilərlə bağlı fikirlərini bildirib. SİA-nın xəbərinə görə, il ərzində ikinci belə hadisənin baş verdiyini dilə gətirən millət vəkili qeyd edib ki, estakadalarda tez-tez qəzaların baş verməsi təxribat ola bilər: "Bunlar araşdırılmalı, məsuliyyətsizliyə yol verənlər cəzalandırılmalıdır".
Millət vəkilinin fikrinə cavab olaraq Spiker Oqtay Əsədov bildirib ki, hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb və hazırda bu istiqamətdə iş aparılır.