Məşhurlar Nüsrət Kəsəmənlinin 70 illik yubileyində FOTOLAR

16 Dekabr 2016 11:41 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Zirə Eko Parkda şair - publisist Nüsrət Kəsəmənlinin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tdbirdə əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Baba Vəziroğlu, kinorejissor, ssenarist Şeyx Əbdül, şair Hacı Zaməddin Ziyad oğlu, xalq artisti Nazpəri Dostəliyeva, bəstəkar Cabbar Musayev, müğənnilər Könül Kərimova, Nazənin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Nürət Kəsəmənlinin ailə üzvləri və digər qonaqlar iştirak edib.

Tədbir iştirakçıları çıxışlarında şairin həyat yolu və yaradıcılığından bəhs ediblər.

Qonaq müğənnilərin ifasında Nüsrət Kəsəmənlinin şerlərinə bəstələnmiş mahnılar səsləndirilib.