Məktəbin qarşısında ağac aşdı

14 Dekabr 2016 12:34 (UTC+04:00)

Gəncədə məktəbin qarşısında ağac aşıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhərində 16 nömrəli orta məktəbin qarşısında ağac kökündən çıxaraq aşıb. Küləyin gücünə dayana bilməyən ağac heç kimə xəsarət yetirməyib.

Qeyd edək ki, aidiyatı idarə işçiləri ağacı ərazidən təmizləyib.

İlham Məmmədov