Güclü külək Xırdalanda fəsadlara səbəb olub

13 Dekabr 2016 00:37 (UTC+04:00)

Dünən axşam saatlarında güclü külək fəsadlara səbəb olub. Trend-in məlumatına görə, Xırdalan şəhəri Mehdi Hüseyinzadə küçəsində güclü külək səbəbi ilə bir mərtəbəli yaşayış evlərinin dam örtükləri uçub. Dam örtükləri magistral elektrik xətlərinin və qaz xətlərinin üzərinə düşərək onlaı yararsız vəziyyətə gətirib.