Dekabrın 12-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə Fəxri xiyabanı ziyarət edib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, hərbi qulluqçular Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
