"Barselona" prezidenti açıqladı: Suareslə müqavilə uzadılır

9 Dekabr 2016 00:06 (UTC+04:00)

"Barselona" klubu futbolçusu Luis Suareslə müqaviləni yeniləyəcək. Bunu klub prezidenti Xosep Bartomeu İspaniya mətbuatına açıqlamasında deyib.

O, uruqvaylı hücumçu ilə razılıq əldə olunduğunu və yaxın günlərdə onunla müqavilə imzalanacağını bildirib. Yeni müqavilə müddəti 2022-ci ilə qədər olacaq. Qeyd edək ki, 2014-cü ildən "Barsa"da çıxış edən Uruqvay millisinin üzvü Kataloniya klubunda 75 oyuna 65 qol vurub.