ABŞ-da güclü zəlzələ oldu

8 Dekabr 2016 22:06 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatının sahillərində 6.8 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Ferndeyil şəhərindən 167 km şərqdə, Sakit okeanın 10 km dərinliyində qeydə alınıb. Dağıntı və tələfatla bağlı informasiya verilməyib.