Dırnaq laklarını gündəlik həyatda bir çox başqa əşyalarda da istifadə etmək mümkündür. SİA-nın məlumatına görə, dırnaq lakları evdə və ya iş yerində bəzi əşyaların sıradan çıxmasının qarşını ala bilər.
Davamlı olaraq açılan vintlərə bir qat şəffaf lak çəkilsə, o, yapışaraq bir daha açılamayacaq.

Ayaqqabı bağlarının ucundakı plastik qoruyucu qopduğu zaman, iplər sökülməyə başlayır. Bağların sökülməsinin qarşısını almaq üçün ipin ucuna lak çəkmək lazımdır.


Lak çəkərək corabların cırıqlarının daha da böyüməsinin qarşısını almaq olar.

Kibritlər islandığında yanmırlar. Onlara bir qat lak çəkilsə, suya davamlı olacaqlar.

Oxşar açarları qarşıdırmamaq üçün onları lakla rəngləmək olar.

İynəni daha rahat saplamaq üçün ipin ucunu laka batırmaq lazımdır.

Hər hansı bir əşyanın üzərindəki cızıq və çatları örtmək üçün lakla eyni rəngdə boyamaq olaraq. Avtomobildəki kiçik cızıqları rənqləmək üçün də lakdan istifadə etmək mümkündür.

Etiketlərin üzərindəki yazılar zamanla silinir. Dərman qutuları kimi ömənli əşyaların üzərindəki yazıların silinməməsi üçün ona bir qat şəffaf rəngli lak çəkmək lazımdır.

