Nazir Qətərin səfirini qəbul edib

2 Dekabr 2016 17:01 (UTC+04:00)

Dekabrın 2-də təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.