Nalbandyan Məmmədyarovla görüşü istisna etmir

1 Dekabr 2016 17:31 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Hamburqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşünü istisna etmir. SİA-nın məlumatına görə, bunu Nalbandyan "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında deyib.

"Mən bu görüşü istisna etmirəm, amma hələlik görüşün olması təsdiqlənməyib".

Qeyd edək ki, dekabrın 8-9-da Almaniyanın Hamburq şəhərində ATƏT XİN Şurasının növbəti iclası keçiriləcək. İclasda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 3+2 formatında Dağlıq Qarabağ münaqişəsi üzrə görüşlərinin keçirilməsi planlaşdırılır.