Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycana rəsmi səfərə gəlir. SİA-nın "Belta" agentliyinə istinadən məlumatına görə, səfər noyabrın 29-dək davam edəcək. Lulaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirəcək. İki ölkənin liderləri Belarus-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı, həmçinin ticarət-iqtisadi, investisiya, kənd təsərrüfatı və idman sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Səfərin yekununda bir sıra sənədlərin imzalanması gözlənilir. Prezident Lukaşenkonun baş nazir Artur Rəsizadə ilə də görüşü planlaşdırılır.