Kompanidən "Mançester Siti"yə bəd xəbər...

26 Noyabr 2016 00:05 (UTC+04:00)

"Mançester Siti"nin futbolçusu Vensan Kompani tibbi müayinədən keçib.Bu barədə ingilis klubunun rəsmi saytı məlumat verib. Klub saytının verdiyi xəbərə görə, 30 yaşlı müdafiəçinin 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, V.Kompani Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Borussiya"ya (Münhenqladbax) qarşı oyunda zədələnib.