Xəbər verdiyimiz kimi stilist Samiraldo (Samir Əliyev) başına tük əkdirəcək. Bu haqda SİA-ya danışan stilist bildirib ki, artıq proses başlayıb: "Məni sevənlərə söz verdiyim kimi başıma tük əkdirirəm. Artıq proses başlayıb. Belə ki, Türkiyədən mənim üçün həkimlər gəlib. Həmin 3 həkim işinin peşəkarıdır. Onlar mənim üçün elə saç əkəcəklər ki, bilinməyəcək. Düşünürəm ki, yaxşı olacaq. Görkəmimdə dəyişiklik etmək istədim. Bir müddət sonra məni yeni imicdə görəcəksiniz. Fikrimcə də bəyənəcəksiniz".