Aktyor İslam Mehrəliyev əməkdar artist Murad Dadaşovun sahibi olduğu "M group production"ın tərkibində lentə alınan "Bayram axşamı" filmində rol alıb. SİA-ya bu haqda aktyorun özü məlumat verib: " "Bayram axşamı" adlı ekran işində rol almışam. Film Novruz bayramının adət-ənənələrindən bəhs edir. Komediya janrındadır. Baş rollarda mən, xalq artisti Firəngiz Mütəllimova, əməkdar artist Əkbər Əlizadə, rəqqasə Oksana Rəsulova, aktyor Cəmil Məmmədli çəkilib. Çox maraqlı film olacaq. Ekran işi 2017-ci ildə Novruz bayramı ərəfəsində təqdim olunacaq".
Qeyd edək ki, "Bayram axşamı" filminin rejissoru Toğrul Məmmədov, operatoru Rauf Qurbanəliyev, baş icraçı prodüser İsmayıl Bağırovdur.


.jpg)








.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
