Bu gün ÇL-də V tura yekun vurulacaq

23 Noyabr 2016 10:21 (UTC+04:00)

Bu gün Çempionlar Liqasında V tura yekun vurulacaq. SİA-nın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qrupunda mübarizə aparan kollektivlər meydana çıxacaqlar.

Artıq 1/8 finala vəsiqəni təmin edən "Arsenal" və PSJ Londonda üz-üzə gələcəklər. Bu oyunda üstün olan A qrupunun qalibi olacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" öz meydanında "Benfika"nı qəbul edəcək. 1/8 final şansını davam etdirmək üçün "Qara qartal" mütləq qələbə qazanmalıdır.

Ötən tur "Mançester Siti"yə uduzan "Barselona" bu dəfə Şotlandiyaya səfər edəcək.

"Mançester Siti" isə Münhenqladbax "Borussiya"sının qonağı olacaq. Bu görüşdə qazanılacaq 1 xal Qvardiolanın komandasını 1/8 finala daşıyacaq.

23 noyabr

Çempionlar Liqası

V tur

A qrupu


23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə)
23:45. "Arsenal" (İngiltərə) - PSJ (Fransa)

B qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Benfika" (Portuqaliya)
23:45. "Napoli" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

C qrupu

23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)
23:45. "Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya)

D qrupu

21:00 "Rostov" (Rusiya) - "Bavariya" (Almaniya)

23:45. "Atletiko" (İspaniya) - PSV (Hollandiya)