Suriyanın gələcəyində ölkə prezidenti Bəşər Əsədin yeri yoxdur. Axar.az xəbər verir ki, bunu Berlində Suriya böhranı ilə əlaqədar təşkil edilən forumda çıxışı zamanı Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayer söyləyib. Onun sözlərinə görə, Trampın prezident olmasından sonra ABŞ-ın Yaxın Şərq siyasəti dəyişəcək: "Biz bu dəyişikliyin hansı istiqamətdə olacağını bilmirik. Bilinən tək şey odur ki, bu dəyişiklik yüz faiz olacaq. ABŞ və Rusiyanın münasibətlərində hərəkətlənmə ola bilər".