Jirinovski Türkiyəyə səfər edəcək

23 Noyabr 2016 01:30 (UTC+04:00)

Rusiya Liberal Demokrat Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Liberal Demokrat Partiyasının Mətbuat Xidməti yayıb. Səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək. Nümayəndə heyətinə partiya sədri Vladimir Jirinovski rəhbərlik edəcək.