Burcu Esmersoy: Xərcəng və balıq bürclü kişilərdən qaçıram

23 Noyabr 2016 06:15 (UTC+04:00)

Türkiyəli aparıcı Burcu Esmersoy alış-veriş mərkəzlərindən birində sevənləri ilə görüşüb. Türkiyənin nüfuzlu "Hürriyet" qəzetinin yazdığına görə, aparıcı ona ünvanlanan sualları cavablandırıb, eləcə də, özü haqqında danışıb: "Mən xərcəng və balıq bürclü kişilərdən qaçıram. Mənimlə dostluq etmək istəyənlərdən də dərhal onların bürcünü soruşuram". Yaxşı evdar qadın olduğunu deyən Burcu evini daim səliqəli saxladığını vurğulayıb: "Mətbəxim və hamam otağım tər-təmiz olmalıdır. Xlorla hər gün oraları silirəm. Bəzən əllərim belə yanır".